Qiyamçılar Suriya qırıcısının vurulduğunu iddia edirlər

2018/06/515848541025145_1530017129.jpg
Oxunub: 4067     20:53     26 İyun 2018    
Suriyanın cənub-qərbində yerləşən Dera şəhərindəki döyüşən qiyamçılar Suriya ordusuna məxsus qırıcı təyyarənin vurulduğunu iddia ediblər.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, vurulan təyyarənin MiQ-33 qırıcısı olduğu bildirilir.

Məlumata görə, MiQ-33 Məlihə əl-Şərqiyə şəhərində uçuş həyata keçirərkən, idarəolunan raketlə vurulub.

Suriya Silahlı Qüvvələri bu iddialarla bağlı hələlik şərh verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   MiQ-33  


Bizi "telegram"da izləyin