Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, hesabatda İsrail ordusunun növbəti müharibəyə hazır olmadığı bildirilib.
O, bu fikrini bir neçə faktorla əsaslandırıb. Bunlardan biri kimi təlim sessiyalarının yeni potensial müharibənin perspektivlərinə fokuslanmamasıdır. Digər tərəfdən müharibə üçün fövqəladə təchizat materiallarının saxlandığı depolara düzgün formada baxılmır.
Həmçinin aktiv bölüklər üçün hərbi tibbi xidməti standartların aşağısındadır. Buna görə də, canlı qüvvədə ciddi problemlərin ortaya çıxması təhlükəsi var.
Ağalar Ağalarlı
Ordu.az