Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin donanması 2025-ci ilin əvvəllərində donanma gəmilərində elektromaqnit toplardan istifadəni planlaşdırır.
Bu barədə ABŞ kəşfiyyatı informasiya əldə edib. Məlumata görə, bu toplar saniyədə 1,6 mil sürətlə 124 kilometr məsafədən hədəfi vura biləcək.
ABŞ kəşfiyyatı məsələ ilə bağlı ilk məlumatları bu ilin fevralında əldə edib və açıqlayıb. Bundan bir ay sonra isə Xalq Azadlıq Ordusunun rəsmi mətbu orqanlarında bu məlumat öz təsdiqini tapıb.
Məlumatda Çinin bu silahları ilk dəfə 2011-ci ildə ərsəyə gətirdiyi və 2014-cü ildə sınaqdan keçirdiyi iddia edilib.
Ağalar Ağalarlı
Ordu.az