Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza Pişəvər aviabazası yaxınlığında həyata keçirilən təlim uçuşu zamanı baş verib.
Pakistan Müdafiə Nazirliyindən hadisə ilə bağlı verilən rəsmi açıqlamada qeyd olunub ki, təyyarə Çin istehsalı olan “FT-7PG” qırıcısıdır.
Qəza nəticəsində təyyarədə olan hər 2 pilot həyatını itirib.
Qeyd edək ki, bu son bir neçə həftədə Pakistan HHQ daxilindəki 2-ci aviaqəzadır.
Dəyanət Ağalarlı
Ordu.az