Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı koalisiya qüvvələrinin sözcüsü Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, hazırda koalisiya qüvvələri Yəməndə sadəcə “Husi” qruplaşmasına qarşı deyil, eyni zamanda “Hizbullah”la da mübarizə aparır.
“Ötən gün baş verən qarşıdurma koalisiya qüvvələrinin Maran bölgəsindəki mövqelərini daha da möhkəmləndirib”, - deyə sözcü vurğulayıb.
Qeyd edək ki, qarşıdurma zamanı 8 “Hizbullah” üzvü öldürülüb.
Dəyanət Ağalarlı
Ordu.az