Suriya ordusu Derada terrorçulara məxsus hərbi bazanı ələ keçirib

2018/06/13970125000383_PhotoI_1530013223.jpg
Oxunub: 2563     19:39     26 İyun 2018    
Suriya ordusu bu gün də Deranın şərqində terrorçu qüvvələrin mövqelərinə raket zərbələri endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində terrorçular strateji mövqe olan Busra Əl-Harir şəhərindən çəkilib.

Əməliyyatlarla bağlı verilən rəsmi məlumatda qeyd olunub ki, bu Deranın terrordan azad edilməsində ən önəmli məqamlardan biridir.

“Hücum nəticəsində terrorçulara məxsus xeyli sayda silah-sursatın və hərbi texnikanın olduğu baza ələ keçirilib. Terrorçu qruplaşmalar ərazidən çıxmalı olublar və bu da onların Deradakı mövqeyini kökündən sarsıdıb”, - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Anti-Teror-Əməliyyatı   Qarşıdurma  


Bizi "telegram"da izləyin