Con Bolton sabah Moskvaya gedəcək

2018/06/458471014584_1530012110.jpg
Oxunub: 2308     19:21     26 İyun 2018    
Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton sabah Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, Con Boltonun Moskva səfərinin gündəmində tərk-silah, Rusiya-ABŞ əlaqələri və həmçinin regional, beynəlxalq stabilliyə təhdidlər var.

“Aydındır ki, beynəlxalq sabitlik və təhlükəsizlik, tərk-silah, regional problemlər və təbii ki, ikitərəfli əlaqələr müzakirə ediləcək”, - deyə Peskov bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Bolton  


Bizi "telegram"da izləyin