ABŞ HHQ yeni nəsil kosmik atış sistemi üçün müqavilə imzalayıb

2018/06/021584814546584_1530010693.jpg
Oxunub: 2915     18:56     26 İyun 2018    
ABŞ Hərbi Hava Qüvvələri “Aerojet Rocketdyne” şirkəti ilə raket mühərriklərinin təkmilləşdirilməsinə dair müqavilə bağlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 69,8 milyon dollardır. Onun əsasında kompaniya AR1 gücləndirici mühərrikləri təkmilləşdirəcək.

Müqavilə əsasında nəzərdə tutulmuş işlərin Birləşmiş Ştatların müxtəlif bölgələrində həyata keçirilməsi və 2019-cu ilin dekabrında başa çatması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   Aerojet-Rocketdyne  


Bizi "telegram"da izləyin