Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya hökumətinə yaxın mənbə bildirib.
“K-9 “Thunder” Yeonpyeonq adası və şimal-qərbdəki digər adalar ətrafında müntəzəm olaraq canlı atəş təlimlərində istifadə olunur, lakin biz bu ilin ikinci yarısında həmin təlimləri dayandırmağı nəzərdən keçiririk. Buna səbəb isə Koreya yarımadasındakı dialoq üçün əldə edilmiş dialoq mühitinə zərər verməmək istəyidir”, - deyə mənbə bəyan edib.
Onun sözlərinə görə, artilleriya təlimlərinin iyul-avqust aylarında və noyabr ayında keçirilməsi planlaşdırılır. Bu təlimlər zamanı K-9 “Thunder”, 105 mm-lik haubitsalar və 88 mm-lik minaatanlardan istifadə olunur.
Ağalar Ağalarlı
Ordu.az