Ali Baş Komandan “Qarabağda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanında hərbi paradda göstəriləcək”

2018/06/0fb17dd6b3f5307245a46fd8f270e802_1530009623.jpg
Oxunub: 4493     15:02     26 İyun 2018    
“Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər”.

Ordu.az xəbər verir ki, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan edib.

Dövlət başçısı qeyd edib ki, münaqişənin danışıqlar yolu illə tezliklə həlli, ərazi bütövlüyümüzün bərpa edilməsi qarşı tərəfindən də marağında olmalıdır : “Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Parad   100-il   İlham-Əliyev  


Bizi "telegram"da izləyin