Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, drona “Patriot” raketi atılıb, lakin raket hədəfə dəyməyib. Qarşılığında dron da İsrail ərazisinə girməkdə uğursuz olub. Raketin atılması ilə dron istiqamətini dəyişərək Suriya ərazisinə geri dönüb.
İMQ-nin yaydığı rəsmi bəyanatda ölkənin ərazi bötüvlüyünün pozulmasına yönəlik heç bir fəaliyyətə imkan verilməyəcəyi bildirilib.
Dronun kim tərəfindən buraxıldığı dəqiq aydın olmasa da, keçmişdə Suriyadakı İran qüvvələri dronlarla İsrail ərazisinə daxil olmağa cəhd ediblər.
Ağalar Ağalarlı
Ordu.az