Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun mətbuat xidməti məlumat yayıb.
“Sınaqlar zamanı ekspertlər onun çatışmazlıqlarını üzə çıxarmaq üçün nəticələri dəyərləndirib. Bu həm də silahın mühəndislik, texniki və döyüş missiyalarına tam hazırlığından əmin olma baxımından önəmlidir”, - deyə məlumatda qeyd olunub.
Sınaqların tamamilə başa çatmasından sonra sözügedən sistemin Ukrayna Silahlı Qüvvələrinin xidmətinə qəbul edilməsi və Donbasda münaqişə zonasına göndərilməsi planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az