9 Aİ dövləti Avropa qüvvələrinin yaradılması təşəbbüsünü imzalayacaq

2018/06/15487485144_1529917417.jpg
Oxunub: 2022     17:04     25 İyun 2018    
Avropa İttifaqının 9 dövləti Avropanın birgə hərbi müdaxilə qüvvələrinin qurulmasına dair müqaviləni imzalamağa hazırlaşır.

Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi bu təşəbbüs əsasında yaradılacaq Avropa qüvvələri dünyanın hər yerindəki böhranlara qarşı hazır olmaq üçün sürətli yerləşdirmə və koordinasiya imkanlarına malik şəkildə dizayn ediləcək.

Fransa, Almaniya, Britaniya, Danimarka, Niderland, Estoniya, İspaniya, Belçika və Portuqaliya Müdafiə naazirlərinin bu gün Lüksemburqda bu anlaşmanı imzalaması gözlənilir.

İtaliya ilkin vaxtlarda bu təşəbbüsə dəstək versə də, yeni hökumətin qurulmasından sonra Roma bu mənada geri addım atımağa başlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Avropa   Müdaxilə-Qüvvəsi  


Bizi "telegram"da izləyin