Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, generallar bu fikri NATO-nun Baltikdə keçirdiyi təlimlər zamanı baş tutan mərasimdə səsləndiriblər.
Çıxış edən ordu generalı və ABŞ-ın NATO-dakı keçmiş səfiri Duqlas Lyut bildirib ki, hazırda ordunun Rusiya ilə müharibə zamanı üzləşəcəyi ən ciddi problem tıxac olacaq.
“Rusiya və Avropada yollar çox ensizdir. Bizim bölgədə yerləşən 200 minlik ordunun sürətlə irəliləyə bilməsinin qarşısında dayana biləcək ən ciddi problem yollardır. Ordudakı döyüş maşınlarının və zirehli texnikaların çoxu bu yollar üçün olduqca enlidir. Ordu Rusiya sərhədindən sadəcə bir neçə mil uzaqlıqda yerləşsə də sərhədə tam yerləşməyimiz bir neçə gün ala bilər”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az