Rusiya MN: 2 Ka-50 Suriyadan geri göndərilib

2018/06/2345345_1529913217.jpg
Oxunub: 2983     15:51     25 İyun 2018    
Suriyada hərbçilərin daşınması məqsədilə istifadə olunan Rusiyaya məxsus 2 hərbi helikopter ölkəyə geri göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, göndərilən aviadaşıyıcılar “Kamov” Ka-50 nəqliyat helikopterləridir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, helikopterlər və heyət öz missiyalarını uğurla başa vurublar.

Qeyd edək ki, helikopterlər və pilotlar Suriyadan Rusiyaya “Antonov” An-124 təyyarəsi vasitəsilə göndərilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   K-50  


Bizi "telegram"da izləyin