Livan Ordu komandiri Vaşinqtonda rəsmi səfərdədir

2018/06/5676_1529911332.jpg
Oxunub: 2984     15:21     25 İyun 2018    
Livan Ordusun generalı Gen Jozef ABŞ ordusunun Livan edəcəyi hərbi yardımla bağlı təşkil olunan mərasimdə iştirak üçün ABŞ-a gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu generalın ABŞ-a 3-cü rəsmi səfəridir.

Tərəflər arasında bağlanan müqaviləyə əsasən bu gün ABŞ HHQ Livana 4 ədəd “A-29 Super Tucano” qırıcısı verəcək. Bunun üçün də Vaşinqtonda 2 ölkə rəsmilərinin iştirakı ilə mərasim təşkil ediləcək.

Qeyd edək ki, Livan Müdafiə Nazirliyindən səfərlə bağlı verilən rəsmi bəyanatda bildirilib ki, səfər zamanı general ölkəsinin terrorizmə qarşı mübarizəsində ABŞ-ın dəstəyini almaq üçün danışıqlar aparacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   ABŞ   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin