Ordu.az xarici KİV-lərə iastinadən xəbər verir ki, bu barədə razılıq iki ölkə prezidentlərin ayın əvvəli Sinqapurda baş tutan sammitində əldə olunub.
Tərəflər 1950-1953-cü illərdə yarımadada baş verən müharibə zamanı həlak olan və KXDR-də dəfn olunan bütün hərbçilərin geri qaytarılması ilə bağlı işləri davam etdirirlər.
Artıq ilkin olaraq 100 cəsədin geri qaytarılması üçün KXDR-Cənubi Koreya sərhədinə 100 tabut gətirilib. Ölənlərin nəşinin keçiriləcək mərasimdən sonra ABŞ-a təhvil veriləcəyi bildirilir.
Qeyd edək ki, ilkin mərhələdə 250 cəsədin geri qaytarılması gözlənilirdi.
Dəyanət Ağalarlı
Ordu.az