Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ ordusunun ölkədən çıxarılması Donald Trampın Koreya ilə təlimləri ləğv etməsindən sonra daha da aktuallaşıb.
Eyni zamanda, iyunun 13-də baş tutan seçkilər nəticəsində Koreyada milliyətçi-demokrat Minconun prezident seçilməsinin də bu məsələyə təsirsiz olmayacağı ehtimal olunur.
Bir çox siyasi ekspertlər ABŞ-ın Koreyadakı hərbi qüvvələrinin qısa müddətdə çıxarılmasını imkansız hesab etsə də, qarşı tərəfdən gələn tələblər nəticəsində bir neçə ildə prosesin yekunlaşacağını təxmin edirlər.
Qeyd edək ki, ABŞ-dan birgə hərbi təlimlərin ləğv edilməsi və daha sonra ordunun yarımadadan çıxarılacağı ilə bağlı verilən bəyanatlar Koreya tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Dəyanət Ağalarlı
Ordu.az