Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi tərəfindən 2016 və 2017-ci illərdə "Yerkrapah" təşkilatına nə qədər yardım göstərildiyi araşdırılıb.
Bildirilib ki, 2017-ci ildə "Yerkrapah"a verilən yardımların həcmi təxminən 30 milyon dram, 2016-cı ilin aprelində isə 26 milyon dram təşkil edib.
Məlumata görə, həmin günlərdə erməni əsgərlərinə yardım etmək məsələlərini müdafiə nazirliyi deyil, fövqəladə hallar nazirliyi əlaqələndirib.
Ordu.az