Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanda Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, politoloq Stepan Qriqoryan bildirib.
O, hazırda Qarabağda müharibənin başlayacağı ilə bağlı ehtimalın az olduğunu, lakin hər şeyin baş verə biləcəyini qeyd edib.
"Biz dərk etməliyik ki, gözlənilməz addımlara əl ata biləcək bir ölkə ilə qarşı-qarşıyayıq. Diqqətli olmaq lazımdır, hər şey baş verə bilər. Azərbaycanın hərbi əməliyyatlara əl atacağı ehtimalı azdır, lakin diqqətli olmaq lazımdır. Diqqətlə izləməliyik, onların hərbi çağırışının bizə ünvanlandığı məqamı gözdən qaçırmaq olmaz", - deyə Qriqoryan qorxusunu gizlədə bilməyib.
Alpər Mövludoğlu
Ordu.az