Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni komandirlərin qərarları və niyyətləri taborun döyüş atışlı taktiki təlimində öz əksini tapıb.
Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşməsinin rəhbəri general-leytenant Levon Mnatsakanyan təlimlərin gedişatını izləyib. O, şərti döyüş meydanında, birbaşa atış mövqelərində şəxsi heyətin döyüş hesabatına uyğun fəaliyyətini və təchizatını da yoxlayıb.
Döyüş əməliyyatlarına başlamazdan öncə hərbi birləşmə komandiri polkovnik Artur Harutyunyan yaradılmış şərti döyüş şəraitini, həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar barədə məruzə edərək, ərazinin coğrafi mövqeyini və taktiki səmtlənməni təqdim edib.
İşğal altında olan Ağdamın “Uzundərə” (Tiqranakert təlim sahəsi) adlanan ərazisində şərti düşmənin hücumu ilə təlim başlayıb və qarşısının alınması üzrə taborun döyüş atışlı taktiki təlimi əməliyyat tədbirləri ilə davam edib.
Təlim döyüş əməliyyatları vəziyyətinə ən yaxın şəraitə uyğun olmaqla yanaşı, cəlb edilən bölmə və hissələrin real tapşırıqlarına uyğun keçirilib. Təlimin yekununda nəticələr əsasında təhlil aparılıb.
Alpər Mövludoğlu
Ordu.az