Məmmədyarov Minskdə Mnatsakanyanla görüşdü - FOTO

2018/06/234_1529651376.jpg
Oxunub: 4344     15:07     22 İyun 2018    
Xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin iclasında iştirakı çərçivəsində Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyanla qeyri-rəsmi görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Tiqran Balayan "Twitter" səhifəsində fotolar yayıb.

Fotolarda Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın qeyri-rəsmi şəkildə görüşü əks olunub.

Görüş zamanı Qarabağ münaqişəsi ilə bağlı danışıqların aparılması istisna edilmir.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Qarabağ   Minsk  


Bizi "telegram"da izləyin