Erməni komandir yanacaq mənimsəməkdə ittiham olunur

2018/06/22656483_2394779937414827_669105212_n_1508415794234234_1511164685_1511247549_1529401598_1529562968.jpg
Oxunub: 3008     14:34     21 İyun 2018    
Ermənistanın hüquq mühafizə orqanları tərəfindən "N" nömrəli hərbi hissədə vəzifə səlahiyyətlərindən sui-istifadə halları aşkarlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-2018-ci illər ərzində "N" nömrəli hərbi hissənin vəzifəli şəxslərinin iştirakı ilə mənimsəmə hallarına yol verilib.

Polkovnik rütbəli hərbi hissə komandiri, rəhbərlik etdiyi hərbi hissənin avtomobillərinin səhra çıxışından qayıtdıqdan sonra artıq yanacaq sərfiyyatının olduğunu bilib. Hərbi hissənin çatışmazlıqlarını gizlətmək məqsədilə məsul şəxslərə rəsmi sənəd hesab olunan avtomobillərin yol vərəqlərində düzəlişlər edilərək, saxtalaşdırılmasına və çatışmazlıqların aradan qaldırılmasına dair göstəriş verib.

Aparılan hərtərəfli araşdırmalar nəticəsində hərbi hissədə yanacaq mənimsənilməsi, hərbi qulluqçular arasında münaqişələrin olması və bu barədə komandanlıq tərəfindən hüquq mühfizə orqanlarına məlumat verilməməsi halları aşkarlanıb.

Əldə edilmiş dəlillər əsasında hərbi hissə komandirinə, hərbi hissənin avtomobil xidməti rəisinə, yanacaq sürtkü materialları anbarı rəisinə qarşı cinayət məcəlləsinin müvafiq bəndlərinə əsasən toplanan materiallar prokurorluğa göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin