“NATO-nun sərhədlərimizdəki hərbi quruculuğu xüsusi diqqət tələb edir” – Lavrov

2018/06/469846845_1529488918.jpg
Oxunub: 2203     17:58     20 İyun 2018    
“NATO-nun Rusiya və Belarusiya sərhədləri yaxınlığındakı hərbi quruculuğu və hərbi aktivliyinin artması xüsusi diqqət tələb edir”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Rusiya və Belarus Birlik Dövləti Ali Dövlət Şurasının iclasında iştirak edən Lavrov belə bir dövrdə iki dövlətin də xarici siyasətini yaxından koordinasiya etməli olduğunu vurğulayıb.

“Birləşmiş Ştatlar və onun müttəfiqləri suveren dövlətlərin daxili işlərinə müdaxilə etməkdən və hərbi güc istifadəsindən əl çəkmir. ABŞ-ın raketdən müdafiə qüvvələrini qlobal ölçüdə yerləşdirməsi xüsusi narahatlığa səbəb olur. Hansı ki, ABŞ-ın öz doktrinası da nüvə silahlarından istifadəni azaltmağı nəzərdə tutur. Rusiya və Belarusiya arasında yaxın xarici siyasət koordinasiyası çox əhəmiyyətlidir”, - deyə Lavrov qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin