Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, silah standart karbinə bənzəsə də, o, qeyri-ölümcül mərmilərdən istifadə edir.
Silahın istifadəsi üçün 36 əsgər hazırlanıb. Bu silahın əsgərlərə paylanmasına səbəb kimi koalisiyanın qarşıdurmalarda mülki itkilərin sayını azaltmaq istəyi olduğu göstərilir.
Dəyişkən kinetik sistem adlanan bu silah “PepperBall Technologies” tərəfindən istehsal edilir. Onun təqribən 270 dəstinin alınması üçün 650 min dollar vəsait ayrılıb.
Ağalar Ağalarlı
Ordu.az