Britaniya freqatı “HMS Argyll” Sakit Okeanına göndərilir

2018/06/6_1529481785.jpg
Oxunub: 3841     16:01     20 İyun 2018    
Böyük Britaniyaya məxsus döyüş gəmisi İran körfəzinə daha sonra isə Yaponiya və Cənubi Koreya sahillərinə göndəriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerləşdirmə ilə bağlı açıqlama ötən il Şimali Koreyanın ardıcıl olaraq nüvə sınaqları həyata keçirdiyi zaman elan edilib.

Şimali Koreya ilə münasibətlər normallaşsa da, Böyük Britaniya gəminin Sakit Okeana göndərilməsi ilə bağlı qərarını dəyişməyib.

Qeyd edək ki, 600-ə qədər hərbçinin xidmət etdiyi “Type 23 HMS Argyll” döyüş gəmisinin gələn il Yaponiya ilə ortaq hərbi təlimlərdə iştirak edəcəyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HMS-Argyll  


Bizi "telegram"da izləyin