Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlamanı Kipr Müdafiə naziri Savvas Anjelidas bildirib.
O qeyd edib ki, üçtərəfli görüşün əsas müzakirə mövzusu Aralıq Dənizi regionunda sülhün qorunub saxlanılması və dövlətlərin enerji təhlükəsizliyin təmin edilməsidir.
Danışıqlar zamanı enerji təhlükəsizliyinin artırılması üçün alternativ təkliflərin verilməsi də gözlənilir.
Qeyd edək ki, görüş 21 və 22 iyun tarixlərində Kiprin paytaxtı Nikosiyada baş tutacaq.
Dəyanət Ağalarlı
Ordu.az