Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma ötən gün Əfqanıstanın Badqiş vilayətində baş verib.
Bir neçə saat davam edən qarşıdurma nəticəsində Əfqanıstan ordusunun 30 hərbçisi həlak olub və orduya məxsus baza “Taliban” tərəfindən ələ keçirilib.
Qeyd edək ki, qruplaşmadan verilən məlumatlarda ötən gün həyata keçirilən başqa bir əməliyyatda daha 4 əfqan hərbçinin öldürüldüyü bildirilirdi.
Dəyanət Ağalarlı
Ordu.az