Britaniya ordusu innovativ müharibənin sərhədlərini aşır

2018/06/skynews-drone-jet-aircraft_4215219_1529477260.jpg
Oxunub: 3007     14:56     20 İyun 2018    
Böyük Britaniya hərbi qüvvələri ilk dəfə olaraq müasir nəzarət dronlarını və pilotsuz döyüş vasitələrini sınaqdan keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar bu ilin noyabrında baş tutacaq.

Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilən açıqlamada qeyd olunub ki, sınaqlar quru qoşunlarının tərkibindəki 1-ci piyada briqadası tərəfindən həyata keçiriləcək.

“Sınaqlar zamanı bir sıra yeni yerli istehsal olan dron aparatları və pilotsuz piyada döyüş vasitələrinin ilkin istifadəsi həyata keçiriləcək. Bu aparatlarla ordu innovativ müharibənin sərhədlərini aşacaq”, - deyə açıqlamada bildirilib.

Dəyanət Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya-ordusu   İnnovativ-müharibə  


Bizi "telegram"da izləyin