3 erməni əsgərinin ölüm faktı üzrə yeni detallar məlum olub

2018/06/23423_1529472206.jpeg
Oxunub: 3800     13:16     20 İyun 2018    
Ermənistan ordusunda 3 erməni hərbi qulluqçunun ölüm faktı üzrə hərbi hissənin mühəndis xidməti rəisi ittiham olunur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan istintaq komitəsində döyüş mövqeyində mühəndis işləri apararkən 3 hərbi qulluqçunun partlayış nəticəsində qəlpə yaralarından ölməsi faktının araşdırılması davam edir.

2018-ci ilin fevral ayında ordudan təxris olunan hərbi hissənin mühəndis xidməti rəisinə qarşı ittiham irəli sürülüb.

Aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, minalama və minadan təmizləmə işləri aparan qrupun rəhbəri hərbi hissənin mühəndis xidməti rəisi mayor E. Qriqoryan təyin edilib. Mühəndis xidməti rəisi Qriqoryanın öz xidməti vəzifə borclarına səhlənkar yanaşdığı məlum olub.

Belə ki, qarşıya qoyulan tapşırıqların icrası üzrə cəlb edilən şəxsi heyətin müvafiq təcrübəsinin olmadığı, döyüş qabiliyyətli olan tank əleyhinə minaların çılpaq əllə, küt alətlə, minaaxtarışı üzrə müvafiq vasitələr olmadan çıxarıldığı müəyyən edilib.

Nəticədə tank əleyhinə mina partlayışı baş verib, həmin hərbi hissənin 3 hərbi qulluqçusu ölüb və 1 nəfər isə ağır yaralanıb. İstintaq tədbirləri davam edir.

Xatırladaq ki, 2017-ci il noyabrın 21-də saat 18:35 radələrində Qarabağın işğal altında olan ərazilərindəki qanunsuz hərbi birləşmələrinin şimal-şərq istiqamətində yerləşən hərbi hissə ərazisindəki döyüş mövqeyində mina partlaması nəticəsində 3 erməni hərbi qulluqçu, 1995-ci il təvəllüdlü leytenant Qegam Zakaryan, 1998-ci il təvəllüdlü əsgər Sarkis Abrahamyan və 1997-ci il təvəllüdlü əsgər Sarkis Melikyan aldığı xəsarətlərdən ölüb. 1998-ci il təvəllüdlü əsgər Narek Hoveyan isə agır xəsarət alıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Partlayış   Ölüm  

3 erməni əsgərinin ölüm faktı üzrə yeni detallar məlum olub

2018/06/23423_1529472206.jpeg
Oxunub: 3801     13:16     20 İyun 2018    