İki ştat qoşunlarını ABŞ-Meksika sərhədinə göndərməyəcək

2018/06/123_1529408793.jpg
Oxunub: 2809     20:09     19 İyun 2018    
Massaçusets və Nyu York yerli hökumətləri Trampın Meksika ilə münasibətlərdə həyata keçirdiyi siyasəti dəstəkləməyəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Massaçusets qubernatoru Çarli Beyker və Nyu York qubernatoru Endryu Kuomo tərəfindən səsləndirilib.

Onlar bildirib ki, atılan bu addım qeyri-insanidir və tolerantlığa ziddir. Miqrantlara qarşı bu cür münasibət valideynləri və övladları bir-birilərindən ayırmaqdan başqa bir işə yaramır.

Hər iki qubernator öz ştatlarının bu qanunun bir parçası olmacağını və nəzarətlərində olan milli qvardiya qüvvələrinin Meksika ilə sərhədə göndərilməyəcəyini bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Meksika   Qoşun  


Bizi "telegram"da izləyin