Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, faktla əlaqədar istintaq komitəsinin 8-ci qarnizon istintaq şöbəsi tərəfindən Ermənistan müdafiə nazirliyinin "N" nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavininə qarşı ittiham irəli sürülüb.
Mayor rütbəli hərbi qulluqçu, "N" nömrəli hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini olmaqla sentyabr 2017-ci ildən yanvar 2018-ci ilədək olan müddət ərzində maddi texniki təminat taqımının hesabında olan Ural-375 markalı avtomobilin yol vərəqlərini saxtalaşdıraraq, külli miqdarda yanacaq silinməsi və mənimsənilməsinə yol verib.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az