Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, aviadaşıyıcı etibarlılıq və stabillik testlərini uğurla keçib.
Çinin hərbi texnologiyada hələ də ABŞ-dan olduqca geri olduğunu qeyd edən bir çox media qurumları bu istehsalın Çin Müdafiə Sənayesi üçün önəmli addım olduğunu bildiriblər.
ABŞ-ın şimal-şərqi Asiya üzrə məsləhətçisi Maykl Körviq bildirib ki, Çin son dövrlərdə Prezidenti Si Tsinpinqin liderliyində sürətlə silahlanır, ordunun hərbi texniki təchizatı köklü şəkildə modernizasiya edilir və bu da Çini daha önəmli hərbi-siyasi aktora çevirir. Təqdimatı edilən aviadaşıyıcı da buna önəmli faktdır.
Qeyd edək ki, Çin özünün "Liaoning" adı verilən ilk aviadaşıyıcısını 1998-ci ildə Ukraynadan alınan Sovet istehsalı aviadaşıyıcı üzərində qurub.
Dəyanət Ağalarlı
Ordu.az