Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.
*****
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 11:20 radələrində cəbhənin cənub-şərq istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus Pilotsuz Uçuş Aparatı (PUA) məhv edilib.
Məlumatda məhv edilən PUA-nın növü açıqlanmayıb.
Alpər Mövludoğlu
Ordu.az