Suriya və İran ortaq əməliyyatlar planlaşdırır

2018/06/324_1529396614.jpg
Oxunub: 3637     17:32     19 İyun 2018    
Bəşər Əsədə və İrana məxsus hərbi qüvvələr ABŞ-ın xəbərdarlıqlarına baxmayaraq, Suriyanın cənubunda müxalif qüvvələrə qarşı geniş miqyaslı hərbi əməliyyatlara hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatların Suriyanın cənubundakı Dera vilayətində həyata keçirilməsi gözlənilir.

Bölgədən çəkildiyi təsirini bağışlayan İrana məxsus qüvvələrin hər an başlanması gözlənilən əməliyyatlarda dəstək məqsədilə Suriya hərbi birliklərinə daxil olduğu bildirilir.

Suriya qüvvələri isə bölgəyə çox sayda hərbi ləvazimat və canlı qüvvə toplayır. Belə ki, ötən gün bölgəyə 60-a qədər zirehli döyüş maşını gətirilib. Həmçinin, ərazidəki qüvvələrin sayını artırmaq üçün hökumət qonşu bölgələrdən çox sayda polis birliklərini də Deraya toplayır.

ABŞ tərəfləri məsələ ilə bağlı xəbərdar edib və ötən il Astanada əldə edilmiş razılığa əsasən Derada gərginliyin azaldılması ilə bağlı razılığı xatırladıb.

ABŞ XİN Mətbuat katibi Hezer Nauert bildirib ki, rejimin atdığı addımları izləyirlər.

"ABŞ rejimin atəşkəsi pozması halında lazım olan addımı atacaqdır", - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya-İran   Dera  

Suriya və İran ortaq əməliyyatlar planlaşdırır

2018/06/324_1529396614.jpg
Oxunub: 3638     17:32     19 İyun 2018    