Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər naziri Taro Kono bildirib.
“Şimali Koreyanın lideri tam nüvəsizləşdirməyə razılıq verdi. ABŞ Dövlət katibi Mayk Pompeo Pxenyana səfəri zamanı bu razılığın nüvə depolarını və digər tipli kütləvi qırğın silahlarını da əhatə etdiyini bildirib.
“Bu məqsədlə 47 tələblik siyahı Şimali Koreyaya təqdim edildi. Əgər nüvəsizləşmə bu formada baş tutmasa, sanksiyalar qaldırılmayacaq”, - deyə Taro Kono bildirib.
Dəyanət Ağalarlı
Ordu.az