Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Ukrayna ordusunu Donbas əməliyyatları üzrə hərbi qüvvələrinin mətbuat katibi açıqlamasında qeyd edib.
O bildirib ki, ötən gün ərzində seperatçı qüvvələr 36 dəfə atəşkəs rejimini pozublar.
"Bunların 9-da qarşı tərəf ağır artilleriyadan istifadə edib. Hücum nəticəsində ordumuz itki verməyib. Ordunun həyata keçirdi cavab atəşi nəticəsində isə seperatçıların 1 üzvü öldürülüb, daha 1-i yaralanıb", - deyə açıqlamada bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az