Ukrayna ordusu Donbasda 24 separatçını zərərsizləşdirib

2018/06/324_1529063633.jpg
Oxunub: 4401     19:52     15 İyun 2018    
Ukrayna Silahlı Qüvvələri Donbasda son 24 saat ərzində baş verən qarşıdurmalarda 12 separatçını məhv edib, 12-sini isə yaralayıb.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Bu xəbəri bir qədər öncə Ukrayna Müdafiə nazirinin köməkçisi Oleksandr Motuzianik də təsdiqləyib.

"Kəşfiyyatımızın məlumatına görə, geridə qoyduğumuz gün ərzində işğalçı qüvvələr ciddi itki verib. 12 ölü, 12 yaralı olmaqla ümumilikdə 24 separatçı zərərsizləşdirilib", - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin