Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəminin istehsalına 2004-cü ildə Kalininqradda yerləşən "Yantar gəmiqayırma zavodu"nda başlanılıb.
2012-nin mayında dənizə buraxılan gəmi ümumilikdə 13 tank yaxud 36 piayadaların zirehli döyüş maşını götürmə qabiliyyətinə malikdir. Gəmi hər tərəfdən 30 mm-lik zirehlə örtülüb.
"İvan Gren" 2017-nin sonlarından etibarən Baltik Dənizində istifadə olunurdu. Gəminin modernizasiyadan sonra bu ilin sonundan etibarən Donanmanın Şimal flotiliyasına qoşulması gözlənilir.
Qeyd edək ki, "Yantar Gəmiqayırma zavodu" Rusiya Donanması üçün başqa bir döyüş gəmisi olan "Pyotr Morgunov"un istehsalını həyata keçirir. Gəminin 2019-a kimi təhvil verilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az