"Harris"lə Britaniya arasında imzalanmış müqaviləyə dəyişikliklər edilib

2018/06/345_1529055644.jpg
Oxunub: 3874     21:11     15 İyun 2018    
"Harris" şirkəti Böyük Britaniya HHQ üçün elektron müharibə sistemlərinin modernizasiyası ilə yanaşı bir sıra yeni xidmətlər də həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasındakı müqavilənin dəyişikliklərdən sonrakı ümumi dəyəri 491 milyon dollar təşkil edir.

Müqaviləyə edilən dəyişikliklərə əsasən şirkət Britaniya ordusu üçün "AN/ALQ -211" proqram təminatı sistemlərinin istehsalını da həyata keçirəcək.

Qeyd edək ki, tərəflər daha öncə radar və radio tezliklərinə nəzarət sistemlərinin modifikasiyası ilə bağlı 91 milyon dollarlıq əməkdaşlıq həyata keçirilməsi üzərində razılıq əldə etmişdilər.

400 milyonluq əlavədən sonra müqavilənin ümumi dəyəri 491 milyon dollar olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harris   Britaniya  


Bizi "telegram"da izləyin