Almaniyalı politoloq: "Qarabağda böyük gərginlik yarana bilər"

2018/06/456_1528976868.jpg
Oxunub: 5843     00:54     15 İyun 2018    
"Tərəflərdən hər hansı biri və ya maraqll olan qruplar bu vəziyyətdən faydalanaraq, Ermənistan və Azərbaycan arasında böyük gərginliyə səbəb ola bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı politoloq Syuzan Styuart bildirib.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyətinin həmsədrlərə verdiyi bütün açıqlamaları həlledici ola bilər.

Onun sözlərinə görə, münaqişə tarixində ilk dəfə münaqişəli ölkələrdən birində, belə miqyasda daxili siyasi dəyişiklik baş verir.

"Bu, həmsədrlərin sərhədlərdə baş verənlərə daha çox ehtiyatla yanaşmasını və hər şeyə münasibət bildirməsi tələb edilən vəziyyətdir. Çünki tərəflərdən hər hansı biri və ya maraqll olan qruplar bu vəziyyətdən faydalanaraq, Ermənistan və Azərbaycan arasında böyük gərginliyə səbəb ola bilər. Mənim fikrimcə, bu görüşdə əsas diqqət atəşkəsin qorunub saxlanmasına ayrılıb. Çünki hazırda atəşkəs yoxdur, buna əməl edilmir", - deyə almaniyalı politoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Müharibə  

Almaniyalı politoloq: "Qarabağda böyük gərginlik yarana bilər"

2018/06/456_1528976868.jpg
Oxunub: 5844     00:54     15 İyun 2018    