Erməni hüquq müdafiəçisi: "Azərbaycanlıların evlərinin əşyalarını kamazlarla evinə daşıyırdı"

2018/06/456456_1528973352.jpg
Oxunub: 9548     18:53     14 İyun 2018    
"Müharibədə onun öldürdüyü erməni gəncləri qədər, Azərbaycan tərəfi erməni öldürməyib... Qarabağda dagıtdığı azərbaycanlıların evlərinin əşyalarını dolu kamazlarla evinə daşıyırdı. Qarabağda qalan Azərbaycan banklarının pul və qızıllarının hamısını mənimsədi".

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi, vəkil Qohar Qalstyan general Manvel Qriqoryanın kriminal keçmişindən bəhs edərkən bildirib.

Erməni hüquq müdafiəçisinin sözlərinə görə, Qriqoryanın cinayətkar dəstəsi 1991-ci ildən fəaliyyətə başlayıb və Qarabağ müharibəsində onlarla erməni əsgəri arxadan güllələnib.

"Biz Ermənistanda azadlıq hərəkatını başlayarkən, heç vaxt düşünməmişdik ki, vaxt gələcək insanlar Ermənistanı tərk etməyə məcbur olacaq. Bütün bu cinayət dəstəsinin əvvəli 1991-ci ildən başlayır. İctimai təşkilatlarla qarşılıqlı fəaliyyətim dövründə insanları tanımağa çalışdım. Heç bir düşmən bu hakimiyyətin 30 il ərzində bizim xalqa etdiyi zülmü etməyib.

Uzun müddət məhkəmə orqanlarında işləmişəm, şəxsən Manvel Qriqoryanın 2 məhkəmə prosesinin şahidi olmuşam. Novbəti üçüncü cinayət işi araşdırılarkən mütləq uzun müddətli cinayət məsuliyyətinə cəlb ediləcəyindən başqa yolunun olmadığını gördü və qəflətən vətənpərvərlik yadına düşərək Qarabağa qaçdı. Qarabağda artıq özünün dediyi kimi hansısa mükafatlara nail oldu. Müharibədə onun öldürdüyü erməni gəncləri qədər, Azərbaycan tərəfi erməni öldürməyib. Manvel Qriqoryan xoşu gəlmədiyi adamlarla yerindəcə haqq-hesab çürüdürdü", - deyə Qastyan qeyd edib.

O, Qriqoryanın müharibə vaxtı işğal altında olan Qarabağda dağıtdığı, talan etdiyi evlərə də toxunub: "Qarabağda dagıtdığı azərbaycanlıların evlərinin əşyalarını dolu kamazlarla evinə daşıyırdı. Qarabağda qalan Azərbaycan banklarının pul və qızıllarının hamısını mənimsədi. Bunları deməkdən qorxmuram. Gümrüyə gedib maraqlansanız, görəcəksiniz ki, həmin dövrdə Qarabağdan bir müddət arxadan güllə ilə, özümüz tərəfindən vurulmuş nə qədər meyid gəlib.

Hazırda Manvel Qriqoryan Üçmüədzin şəhərini qorxu və vahimə içərisində saxlayır. Özünü "Yerkrapah" könüllüləri dəstəsini hazırlamaqda reklam edən Manvel Qriqoryan öldürdüyü şəxslərin valideynlərinə qayğı göztərməklə günahını yumaq istəyir. Manvel Qriqoryanın heç bir ləyaqəti yoxdur, o cinayətkardır. Hətta məxməri inqilab dovründə təmsil etdiyi partiyanı, batan gəmidən qaçan siçovullar kimi "Mən və bütün ailəm yerkrapahçıdır" deyərək qoyub qaçdı. Onun ləyaqəti bundan ibarətdir. Üçmüədzin şəhərini xarabalığa çeviriblər. Yalnız şəhərin özərinə aid olan hissəsini təmir ediblər, vəssalam".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Yerkrapah   Manvel-Qriqoryan  

Erməni hüquq müdafiəçisi: "Azərbaycanlıların evlərinin əşyalarını kamazlarla evinə daşıyırdı"

2018/06/456456_1528973352.jpg
Oxunub: 9549     18:53     14 İyun 2018    