Ermənistanın sabiq Baş naziri: "Qarabağı yaxın gələcəkdə itirə bilərik"

2018/06/00-479_1528957430.jpg
Oxunub: 4021     10:57     14 İyun 2018    
"Əgər bu sistem sizin variantınızla qəbul olunarsa, Qarabağı yaxın gələcəkdə itirə bilərik".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan öz "Facebook" səhifəsində Paşinyanın hökumət siyasətinə toxunarkən bildirib.

Baqratyan qeyd edib ki, Paşinyanın yığım pensiya sistemini davam etmək, hətta 2 dəfə genişləndirmək qərarını qəbul etməyini mətbuatdan öyrəndim.

Hazırda bu sistemin bütün çalışanlara tətbiq ediləcəyi məlum olur. Hamı orta və uzun müddətli borc içindədir. Qəbul edilən qərara görə bu gün yaşayan təqaüdçülərin hesabından qənaət edərək, gələcək təqaüdçülərə pul ayırırsız. Bu yolverilməzdir. Adi işləyənlər işləməyənləri saxlayırlar. Bəs yaşlı və qocalar nə edəcək? Bəs nəsillərin həmrəyliyi necə olacaq, əslində biz bu insanları qarşı-qarşıya qoymuş oluruq", - deyə Baqratyan etiraz edib.

Baqratyan Paşinyanın hökumət iclasında dediyi sözlərin yersiz olduğunu qeyd edib: "Əgər bu sistem sizin variantınızla qəbul olunarsa, Qarabağı da yaxın gələcəkdə itirə bilərik. Ona görə ki, bu qərarınla tam bir vilayətin insanlarını dövriyyədən çıxarırsan. Fəaliyyətinizlə sübut edin və bütün təbəqədən olan insanların maraqlarını əhatə edən məsələni referenduma çıxarın. Mən bunları yazmaya, gəlib deyə bilərdim. Ancaq telefon zənglərimə cavab vermirsən, geri də zəng etmirsən".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Xəbər lenti

Ermənistanın sabiq Baş naziri: "Qarabağı yaxın gələcəkdə itirə bilərik"

2018/06/00-479_1528957430.jpg
Oxunub: 4022     10:57     14 İyun 2018    