"Futbol diplomatiyası"nda Putin topu kimə atacaq? - ŞƏRH

2018/06/2342_1528879259.jpg
Oxunub: 4861     16:17     13 İyun 2018    
Rusiyada baş tutacaq Dünya Kubokunun açılışı münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənmistan baş naziri Nikol Paşinyan Moskvaya yollanıblar. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Paşinyanla görüş keçirəcəyi gözlənilir. KİV-lərin məlumatına görə, görüş üçtərəfli formatda keçirilməyəcək.

Faktiki olaraq, mayın 14-də Soçidə baş tutan görüşdən sonra, bu, son bir ay ərzində Paşinyan və Putin arasında ikinci görüş olacaq. Soçi görüşündən sonra, Rusiya hakimiyyətinin Ermənistan hökumətinin erməni icması arasındakı nüfuzundan xoşlanmadığı, baş verən hadisələrə erməni hakimiyyətinin legitimliyinin tanınması kimi baxaraq müsbət yanaşmadığı məlumdur.

Məsələ burasındadır ki, baş verən inqilabdan sonra Rusiya Paşinyan rəhbərliyindəki hökumətin qərbyönlü siyasətini bəyənmir və buna uyğun adekvat cavab tədbirləri hazırlayır. Prezident İlham Əliyevin Paşinyan və öncəki Sarkisyan hakimiyyətindən fərqli olaraq, istər iqtisadi, istərsə də hərbi sahədə Rusiya ilə əməkdaşlığı strateji səviyyəyə çatdırması, ölkələr arasında ən çətin məsələlər ətrafında belə səmimi müzakirələr aparmağa imkan verir. Yalançı və çoxgedişli oyunları sevən Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə qarşılıqlı hörmət əsasında münasibətləri inkişaf etdirir.

Paşinyanın inqilabdan öncəki və sonrakı bəyanatları, o cümlədən Soçidəki gərgin danışıqları fonunda baş tutacaq tədbir çərçivəsində, İlham Əliyevin Rusiya prezidenti tərəfindən daha yüksək qarşılanacığını deyə bilərik. Yüksək qarşılanma deyərkən, biz rəsmi qarşılanma mərasimləri kimi tədbirləri deyil, Qarabağ ətrafındakı danışıqları nəzərdə tuturuq.

Rəsmi olaraq, açılamanmasa da ikitərəfli, hətta deyərdim gizli olaraq keçirilməsi ehtimal olunan Əliyev-Putin-Paşinyan üçtərəfli görüşündə Qarabağ məsələsinin həlli müzakirə edilə bilər. Tarix bir dəfə Türkiyə-Ermənistan protokollarında rəsmi İravana "futbol diplomatiyası"nın əks üzünü göstərib və bu dəfə də bu proses Rusiyada baş verəcək.

Məhz, Paşinyan hökumətini legitim hakimiyyət kimi tanımaq niyyətində olmayan Putin, İrəvanda baş verən hadisələrə cavab verməyi düşünür. Ən azından ABŞ-da keçirilməsi nəzərdə tutulan görüşdən öncə, Putinin gizli bir gediş edəcəyi mümkündür. "Futbol diplomatiyası"nın, ABŞ-da baş tutması ehtimal edilən Qarabağ danışıqlarına nə dərəcə təsir edəcəyini müəyyənləşdirmək isə sual altındadır. Çünki, nəinki aparılacaq danışıqların formatı, hətta görüşün baş tutacağı belə müzakirə edilmir. Amma hər halda Putinin topu ABŞ-a atmayacağı şübhəsizdir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Dünya-kuboku   İlham-Əliyev   QarabağPutin  

"Futbol diplomatiyası"nda Putin topu kimə atacaq? - ŞƏRH

2018/06/2342_1528879259.jpg
Oxunub: 4862     16:17     13 İyun 2018    