102-ci hərbi bazada anti-terror təlimləri keçirilib

2018/05/4553_1527698827.jpg
Oxunub: 3991     00:44     31 May 2018    
Ermənistanda yerləşən 102-ci hərbi bazanın komplektləşdirilməsi məqsədilə gələn yeni hərbi qulluqçuların təlim-tədris dövrünə başlamazdan öncə anti-terror fəaliyyətlərinə dair təlimat metodiki məşğələləri keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya SQ Cənub Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, rəqibin kəşfiyyat-diversiya qruplarının “Mets Amrots” (Böyük qala) hərbi təlim şəhərciyinə soxulmasının qarşısını almaq məqsədilə bazanın növbətçi bölməsi “həyəcan” siqnalı ilə qaldırılıb. Məşğələ planına əsasən düşmənin kəşfiyyat diversiya qrupu rolunda çıxış edən bazanın kəşfiyyat qrupu hərbi şəhərciyə daxil olaraq, kazarmanı ələ keçirməyə və əsir tutmağa cəhd ediblər.

Bazanın anti-terror növbətçi bölməsi zirehli texnika və silah tətbiq etməklə, süni tüstü yaradılması, şərti düşməni mühasirəyə alaraq, ştat silahı ilə onların məhv edilməsi əməliyyatını həyata keçiriblər.

Anti-terror təlimat metodiki məşğələlərinə 1000-dən artıq hərbi qulluqçu, o cümlədən 100-dən artıq nümayiş bölməsinin şəxsi heyəti və 20-dək hərbi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlim  


Bizi "telegram"da izləyin