Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsi mətbuat xidmətinin rəisi Vadim Astafyev bəyan edib.
“Təlimlərin əfsanəsinə görə, Xəzər Flotiliyasının operativ növbətçisi sahil zonasında yerləşən hərbi obyekt istiqamətində hərəkət edən tanınmayan gəminin aşkarlanması üzrə siqnal alıb. Xəzər Flotiliyasının komandanlığı Cənub Hərb Dairəsi aviasiyasının cəlb edilməsi ilə tanınmayan hədəflərin məhv edilməsi barədə qərar qəbul edib”, - deyə Astafyev bildirib.
O qeyd edib ki, rəqibə ilk zərbəni Su-34 bombardmançısı endirib, lakin şərti diversantlar hərbi obyektin tutulması üçün 3 ədəd qayıq buraxa biliblər. Daha sonra “Dağıstan” raket gəmisi diversiya əleyhinə qüvvələr bölməsinin olduğu qayığı rəqibin olduğu hissəyə göndərib, “Həştərxan” kiçik artilleriya gəmisi isə tanınmayan gəmi ilə dəniz döyüşünə daxil olaraq onun tutulmasını həyata keçirib
“Təlimlərdə 500-dən çox hərbçi, aviasiya və gəmilər iştirak edib”, - deyə Astafyev açıqlayıb.
Ağalar Qəribov
Ordu.az