Bakıda PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

2018/05/9f0780c988f02602b00c3e3a441269c2_1527668161.jpg
Oxunub: 3297     16:15     30 May 2018    
Mayın 30-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri (TM)” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi və mümkün olan yeni Tərəfdaşlıq məqsədləri müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin