Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu ifadələr NATO Parlament Assambleyasının dünən başa çatan sessiyasının son bəyannaməsində yer alıb.
NATO PA-nın Varşavada baş tutan yaz sessiyasında parlamentarilər NATO-ya üzv dövlətlərin liderlərini Gürcüstan və Ukraynanın alyansa qoşulma səylərini dəstəkləməyə çağırıblar.
Həmçinin bəyannamədə dövlət və hökumət başçılarından Bosniya və Hersoqovinanın NATO üzvlüyünə hazırlaşması üçün islahatlar planı hazırlamağı istəyiblər.
Ağalar Ağalarlı
Ordu.az