Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni kapitanın ölüm səbəbləri barədə yeni məlumatlar məlum olub.
Belə ki, 28 yaşlı kapitan Hakobyan Ararat vilayətinin Hnaberd kəndində yaşayırdı. Onun müqaviləli hərbi qulluqçu olan bir qardaşı var və hər iki qardaşın erməni ordusunda xidmət etdiyi bildirilir.
Hnaberd kənd rəhbəri Marat Poğosyan bildirib ki, Hmayak Hakobyan kimi kapitanlar çox azdır, baş vermiş hadisə onlar üçün də təəccüblüdür.
"İlkin məlumata görə, o, intihar edib. Ancaq yəqin belə də olacaq, çünki bizə məlum olub ki, o bu addımında heç kimin günahlandırılmamasına dair qeyd qoyub", -deyə kənd rəhbəri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az