Erməni hərbçi yol qəzasında öldü - FOTOLAR

2018/05/33890819_1804693949590303_2335828937571041280_n_3055152684.jpg
Oxunub: 1646     14:40     29 May 2018    
Ermənistanın Geğarkunik rayonunda erməni hərbi qulluqçu qəza törədib.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, bu gün saat 00:30 radələrində Geğarkunik vilayətinin Çəmbərək-Vahan yolu istiqamətində hərbi qulluqçunun iştirakı ilə avtomobil qəzası baş verib.

28 yaşlı Narek Cağaryan idarə etdiyi "Opel" markalı avtomobillə N nömrəli hərbi hissənin yaxınlığında yolun hərəkət hissəsindən çıxaraq, torpaq təpəsinə çırpılaraq, bir neçə dövrə vurduqdan sonra yolun ortasında qalıb. Yol qəzası ilə əlaqədar araşdırmalara başlanılıb.

Məlumata görə, yol qəzası törədən Narek Cağaryan N nömrəli hərbi hissənin müqaviləli hərbi qulluqçusudur. Hərbi qulluqçu Narek Cağaryan yeni ailə qurub və avtomobili 1-2 gün öncə alıb. Qəza zamanı ərazinin yaxınlığındakı hərbi hissənin zabit heyəti yardım etsə də, hərbçi hadisə yerində ölüb.

Cağaryanın meyiti hərbi polisə təhvil verilib. Qeyd olunub ki, hərbçi yeni ailə həyatı qurub, avtomobili isə qəzadan bir neçə gün öncə alıb.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qəza  


Bizi "telegram"da izləyin